image-n1karobka_ads
image-123
image-1backend

KOBSKA komitə rəhbərləri ilə görüş keçirilib – FOTO

image-ad_qayo_720x110px

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) komitə rəhbərləri ilə görüş keçirilib.

Doğru.az xəbər verir ki, görüşün əsas məqsədi KOBSKA-nın son aylarda həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, gələcək planların müzakirəsi və komitələrin əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Baş tutan görüşdə KOBSKA-nın İdarə Heyətinin sədri və rəhbər şəxsləri, “Təhsil” komitəsinin sədri Aysel Gülməmmədova, “Gömrük təmsilçiliyi və Logistika” komitəsinin rəhbəri Vüsal Xəlilov, “Standartlaşma və Sertifikasiya” komitəsinin rəhbəri Vüsal Mahmudov, “Vergi və Mühasibatlıq” komitəsinin rəhbəri Elşad Ağahəsənov, “PR və Media” komitəsinin rəhbəri Dilşad Əhədova və “İnvestisiya” komitəsinin rəhbəri Mübariz Şahbazlı, Biznes TV-nin direktoru Amil Mahmudov iştirak ediblər.

Görüş müddətində KOBSKA-nın İdarə Heyətinin sədri Nigar Ələsgərova KOBSKA-nın son 8 ayda gördüyü işlər barəsində ətraflı məlumat verib. O, qeyd edib ki, Assosiasiya bu müddət ərzində kiçik və orta sahibkarların inkişafı üçün müxtəlif layihələr həyata keçirib.

Daha sonra komitə rəhbərləri öz təkliflərini irəli sürərək KOBSKA-nın illik fəaliyyət planı barəsində müzakirələr aparıblar. Təhsil şirkətləri ilə əlaqələrin genişləndirilməsi, şirkətlərin gömrük, standartlaşma və sertifikasiya, vergi və mühasibatlıq məsələləri, PR və medianın sahibkarlarla daha sıx əməkdaşlığı, investisiya cəlbi ilə bağlı strategiyaların genişləndirilməsi kimi müvafiq təkliflər müzakirələrdə öz əksini tapıb. Həmçinin görüş zamanı komitə rəhbərləri birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi ediblər.

Bu görüş KOBSKA-nın gələcək fəaliyyəti üçün əhəmiyyətli addımlardan biridir, çünki qəbul edilən qərarlar kiçik və orta sahibkarların qarşısında duran çətinliklərin aradan qaldırılmasına və onların inkişafına yönəldilib.

Qeyd edək ki, görüş 12 sentyabr tarixində KOBSKA ofisində baş tutub.

DOĞRU.AZ

image-4 image-6 image-3 image-5

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki