image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-75backend

Korrupsioner məmurların NƏZƏRİNƏ: “Həbslər davam edəcək”

image-728x90px

Son günlərdə çox böyük vəzifəli şəxslərin həbsi və vəzifədən azad edilmələrinin şahidi olduq. Bu dəyişikliklərdən biri də Dövlət Gömrük Komitəsində (DGK) olub.

DGK-da bundan sonra vəziyyət necə dəyişəcək? Ümumiyyətlə, həbslər iş keyfiyyətinin artmasına kömək edəcək?

Məsələ ilə bağlı millət vəkili Vüqar İsgəndərov Bakupost.az-a açıqlama verib.

O, ölkə başçısının bir sıra islahatlar paketi təqdim etdiyini deyib və bəzi yerində olmayan məmurlarla dövlət səviyyəsində mübarizə aparıldığını bildirib:

“Məmurlar işə təyin edilərkən onların qarşısında bir çox vacib məsələlər qoyulur, tapşırıqlar verilir. İş keyfiyyətini yüksəltmək, əhaliyə xidmət, işgüzarlıq, məsuliyyət, şəffaflıq əsas amillərdir. Təbii ki, biz artıq yerində olmayan bir çox məmurların işdən azad edilməsini, həbs olunmasını gördük. Bu, çox çətin prosesdir. Çünki kadra inanıb hansısa vəzifəyə təyin edirlər. Onun qarşısına vəzifələr qoyulur. Təəssüf ki, məsuliyyəti dərk etməyən kadrlar da olur. Onlar digər yollara əl atır və cəzalandırılırlar”.

V. İsgəndərov məmurların işinə həm dövlət tərəfindən, həm də ictimai nəzarətin olmasını zəruri hesab edir.//oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki