Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Gürcüstanın daxili işlərinə qarışmır və etmək niyyətində deyil.
“Müdaxilə cəhdlərini çılpaq gözlə görmək olar, lakin Rusiya tərəfindən yox… Biz Gürcüstanın daxili işlərinə qarışmırıq və qarışmaq niyyətində deyilik”, o deyib.
Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl seçkilərin nəticələrini tanımadığını bəyan edib və etirazlara çağırıb.
O, həmçinin hazırkı hökuməti qeyri-legitim adlandırıb.
Mənbə RİA Novosti