image-ads_n1karobka_mobile
image-20210509_zaf_p34_1298-pic_32ratio_900x600-900x600-93411backend

L’Équipe: PSJ Neymarı icarəyə verməyə hazırdır

Fransanın “L’Équipe” qəzeti yazır ki, Paris Saint-Germain bu yay braziliyalı hücumçu Neymarı icarəyə verməyə hazırdır.

Klubun idman direktoru Luis Kampos futbolçunun gedişinə etiraz etməsə də, bu qərarı hücumçunun agenti Pini Zahavi və PSJ prezidenti Nasser Al-Xelaifi öhdəsinə buraxıb.

Parislilər heyəti cavanlaşdırmaq və fransız futbolçuların sayını artırmaq istiqamətində kurs keçmək niyyətindədirlər və Neymar bu strategiyaya uyğun gəlmir.

Xatırladaq ki, mayın 3-də PSJ azarkeşləri braziliyalı futbolçunun evini mühasirəyə almış və bundan əvvəl klub rəhbərliyinin qərargahı qarşısında hücumçunun ünvanına təhqiramiz şüarlar səsləndirmişdilər.

Mənbə: NTV Spor

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki