image-n1karobka_ads
image-123
image-16-pic_32ratio_900x600-900x600-16956backend

Latviya BOK-un Rusiyanı Olimpiadaya buraxma qərarını təhqir adlandırıb

image-ad_qayo_720x110px

Latviyanın təhsil və elm naziri Anda Çakşa özünün X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakına icazə vermək qərarına cavab verib. 

“Mən BOK-un qərarını qınayıram, çünki bu, idmançıları və idmanın ən ali məqsədi olan ədalətli mübarizəni təhqir edir. Ona görə də gəlin ukraynalılar və insan nailiyyətlərinə hörmət edən və siyasi motivli olmayan Olimpiya Oyunlarına layiq olan bütün idmançılar adından ədalətin bərqərar olması üçün əlimizdən gələni edək”, – Çakşa yazıb.

Dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarına 2024-cü il Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki