image-n1karobka_ads
image-123
image-8-pic_32ratio_1200x800-1200x800-32851backend

Latviya Fransanı rusiyalı idmançıları Olimpiadaya buraxmamağa çağırıb

image-ad_qayo_720x110px

Latviya deputatları Fransa prezidenti Emmanuel Makrona Rusiya və Belarus idmançılarının Parisdə keçiriləcək Olimpiya Oyunlarına buraxılmaması xahişi ilə müraciət ediblər.

Müvafiq bəyanat Latviya Seyminin rəsmi saytında dərc olunub.

Latviya tərəfi hesab edir ki, Rusiya idmançılarının Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) dekabrın 8-də qəbul etdiyi qərar məsuliyyətsizlikdir və ona dəstək verilməməlidir. Buna görə də Latviya Olimpiadaya ev sahibliyi edən Fransanı Rusiya idmançılarının tədbirdə iştirakının qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırır.

Həmçinin qeyd olunub ki, artıq bir neçə latviyalı idmançı Rusiya idmançıları Parisə gedəcəkləri təqdirdə Olimpiadada iştirakdan imtina etməyə hazır olduqlarını bildiriblər.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki