image-n1karobka_ads
image-123
image-rtx2c626-pic905-895x505-68624backend

Latviyada ruslardan maşın alıb ukraynalılara vermək istəyirlər

Latviya Seymi birinci oxunuşda Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkədə olmasını nəzərdə tutan düzəlişləri qəbul edib.

Bu barədə parlamentin saytında məlumat verilib.

Dəyişikliklər göstərir ki, Rusiyada qeydiyyatda olan avtomobillər Latviyada yenidən qeydiyyata alınmasa, müsadirə ediləcək. Qanun layihəsinə görə, nəqliyyat vasitəsi üç ay ərzində qeydiyyata alınmalı və ya Latviya ərazisindən çıxarılmalı olacaq.

Müvafiq qanun layihəsinin müəllifləri qeyd ediblər ki, müsadirə olunan avtomobillərin Ukraynaya verilməsi planlaşdırılır. Bundan əlavə, onların sahiblərini cərimə gözləyir.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki