image-n1karobka_ads
image-123
image-67be18fd02e8bd1f0c0fd21fbackend

Lavrov İranda ticari-iqtisadi əməkdaşlıq və birgə layihələri müzakirə edib

image-ad_qayo_720x110px

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfəri zamanı iranlı tərəfdaşlarla iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahələrində birgə layihələri müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.

“Qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə, o cümlədən enerji və nəqliyyat sektorlarında prioritet birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib”, – Rusiya XİN-dən bildiriblər.

Bundan əlavə, tərəflər Suriya, Livan və Əfqanıstandakı vəziyyəti, Fələstin-İsrail münaqişəsini və Xəzər məsələlərini müzakirə ediblər.

Moskva və Tehran həmçinin ŞƏT, BRİKS və Aİİ daxil olmaqla, çoxtərəfli məkanlarda səmərəli əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Bundan əvvəl məlum olub ki, Sergey Lavrov Tehranda İran lideri Məsud Pezeşkianla görüşüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki