“Le Parisien” yazır ki, naməlum şəxslər ölkənin müxtəlif yerlərində Fransa telekommunikasiya operatorlarının şəbəkə avadanlıqlarında təxribat törədiblər.
Nəşrin məlumatına görə, Fransanın Bouygues, SFR və Free telekommunikasiya operatorlarının avadanlıqları zədələnib.
Gecə saatlarında naməlum şəxslər Herault, Buch-du-Rhône, Oise, Meuse, Drôme və Aude departamentlərində bu şirkətlərin kabellərini kəsiblər.
Qeyd edildiyi kimi, hadisələr Olimpiya Oyunlarına təsir etməyib.
Daha əvvəl bildirilmişdi ki, ifrat sol hərəkat Parisdə Olimpiadaya etiraz əlaməti olaraq Fransanın Tuluza şəhəri yaxınlığında telefon xətlərini yandırıb.
Həmçinin məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Fransa dəmir yollarında təxribat törətməkdə şübhəli bilinərək “ifrat solçu baxışlı” fəalı saxlayıblar.
Mənbə RT rusca