image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1661791469969backend

Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirildi – FOTO

image-728x90px

Doğru.Az xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın 2022-ci ilin perspektiv iş planına uyğun olaraq geniş tərkibdə iclası keçirildi.

İclasda rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, İƏD üzrə nümayəndələri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdi.Şura iclasının gündəliyinə daxil edilmiş məsələ müzakirə edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonda görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək, vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması, qanunsuz tikintilərin aparılmasının qarşısının alınması məqsədi ilə şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələlərlə bağlı Şura iclasında müvafiq qərar qəbul edildi.

DOĞRU.AZ

image-fb_img_1661791473284 image-fb_img_1661791475869

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki