image-n1karobka_ads
image-123
image-1763710742642737752_1200x630backend

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində “Yaşıl Marafon” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Könüllülərin iştirakı ilə həyata keçirilən aksiyada 1350 ədəd Eldar şamı tingi əkilib. Tədbir zamanı yaşıllıq zolaqlarının genişləndirilməsi, meşə fondunun bərpası və ekosistemin mühafizəsi istiqamətində reallaşdırılan işlər barədə məlumat verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. “Yaşıl Marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Daha sonra Hirkan Milli Parkının ərazisinə biomüxtəlifliyin zənginləşdirilməsi məqsədilə heyvanların təbiətə buraxılması aksiyası təşkil olunub. Aksiya çərçivəsində 2 yenot, 2 tülkü və 4 tirəndaz təbii mühitə buraxılıb. Yenotların bir müddət əvvəl IDEA İctimai Birliyinin təşəbbüsü və aidiyyəti qurumların iştirakı ilə aparılan birgə yoxlama nəticəsində iaşə obyektlərində qanunsuz saxlanılması aşkarlanmış və xilas edilmişdilər. Həmin yenotlar 4 ay müddətində Bakı Zooloji Parkında müalicə və reabilitasiya olunaraq tam sağaldıqdan sonra təbiətə qaytarılıb.

Təbiətə qaytarılan tülkülər isə vətəndaşlar tərəfindən yaralı halda aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Onlar Zooloji Parkda bir il müddətində klinik şəraitdə müayinə və müalicə olunub, reabilitasiya prosesi uğurla başa çatdıqdan sonra təbii mühitə buraxılıb.

Aksiyada təbiətə buraxılan tirəndazlar vaxtilə Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş növlərdən olub. Ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu mühafizə tədbirləri nəticəsində bu vəhşi heyvanların sayı artırılıb və bu növ “Qırmızı kitab”dan çıxarılıb. Milli Parka buraxılan tirəndazlar Bakı Zooloji Parkında çoxaldılan və təbii populyasiyası bərpa olunan fərdlərdəndir.

Qeyd edək ki, sözügedən ekoloji aksiyalar IDEA İctimai Birliyi tərəfindən Azərbaycanda ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mütəmadi olaraq görülən işlərin tərkib hissəsidir.

DOĞRU.AZ

image-1763710742642737752_1200x630 image-176371074233568505_1200x630 image-1763710742451327118_1200x630 image-17637107423421739596_1200x630 image-17637107426018141642_1200x630 image-1763710742470451635_1200x630 image-17637107424361058924_1200x630 image-17637107425066258895_1200x630 image-1763710742377835034_1200x630 image-17637107421489243264_1200x630 image-1763710742209793640_1200x630 image-1763710742801232126_1200x630 image-1763710742888419824_1200x630 image-17637107423305634563_1200x630 image-17637107422678546252_1200x630 image-17637107426438717701_1200x630 image-1763710742608718166_1200x630 image-1763710742874344800_1200x630 image-1763710742254940306_1200x630 image-img-20251121-wa0061 image-17637107423354264065_1200x630 image-img-20251121-wa0060 image-17637107423547735503_1200x630 image-17637107421022459493_1200x630 image-1763710742394516095_1200x630 image-17637107426003526466_1200x630 image-17637107422549310870_1200x630 image-17637107423369153957_1200x630 image-17637107425267053013_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki