image-n1karobka_ads
image-123
image-17637960594979244221_1200x630backend

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley”in yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul etdiyini deyib. Bildirib ki, burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva fermer təsərrüfatında yaradılan şəraitlə yaxından tanış olub, məhsullara baxış keçirib, burada çalışan əməkdaşlarla səmimi söhbət edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda təsərrüfatın kollektivi ilə xatirə foto şəkilləri çəkdirilib.

DOĞRU.AZ

image-17637960596419643022_1200x630 image-1763796059401923487_1200x630 image-17637960592382729214_1200x630 image-17637960595575515796_1200x630 image-17637960595416055548_1200x630 image-17637960591572032711_1200x630 image-17637960594639925357_1200x630 image-17637960593012749724_1200x630 image-1763796059414541605_1200x630 image-17637960592877124498_1200x630 image-1763796059469217907_1200x630 image-17637960594889115876_1200x630 image-17637960591426720388_1200x630 image-17637960595592217675_1200x630 image-17637960596219417469_1200x630 image-17637960591549918082_1200x630 image-17637960596230051364_1200x630 image-17637960591824740612_1200x630 image-17637960591282162402_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki