image-n1karobka_ads
image-123
image-17507581944385835258_1200x630backend

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq. Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə buraxılmalarını təmin edəcək.

Daha sonra Bakı Zooloji Parkında uzunmüddətli reabilitasiya prosesi tamamlanmış və tam sağalmış vəhşi quşlar Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Altıağac Milli Parkının ərazisində təbiətə buraxılıb. Təbiətə buraxılan quşlar arasında 2 bataqlıq belibağlısı və 1 ağquyruq sahil qartalı var. Bu yırtıcı quş növləri zəifləmiş və xəsarət almış vəziyyətdə yerli sakinlər tərəfindən aşkarlanaraq Bakı Zooloji Parkına təhvil verilmişdi. Zooloji Parkda mütəxəssislərin nəzarəti altında quşlar tam reabilitasiya olunaraq təbii yaşam mühitinə uyğun vəziyyətə gətirilib. Reabilitasiyadan sonra quşların təbiətə buraxılması ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edərək bildirir ki, vəhşi heyvanların ev şəraitində saxlanılması biomüxtəlifliyin zəifləməsinə, təbii balansın pozulmasına və heyvanların həyatına ciddi təhlükə yaranmasına səbəb olur. Bu cür hallar vəhşi heyvanların təbii instinktlərini itirməsinə, stres və aqressiv davranışlara yol açmaqla yanaşı, həmçinin insan həyatı üçün potensial təhlükə yaradır. Eyni zamanda, vətəndaşlardan zəif və ya xəsarət almış vəhşi heyvanlarla rastlaşdıqda onların reabilitasiyaya cəlb olunması üçün Bakı Zooloji Parkının qaynar xəttinə (012 4401096) məlumat vermələri xahiş olunur.

DOĞRU.AZ

image-1750758194213258485_1200x630 image-17507581945150249201_1200x630 image-1750758194463006920_1200x630 image-17507581946122862103_1200x630 image-17507581941780442026_1200x630 image-17507581944484951337_1200x630 image-17507581941405763705_1200x630 image-17507581945980216604_1200x630 image-175075819427385925_1200x630 image-17507581942850012051_1200x630 image-17507581944797330600_1200x630 image-17507581941877914052_1200x630 image-17507581945056944161_1200x630 image-17507581944972720022_1200x630 image-17507581941324456154_1200x630 image-175075819436360162_1200x630 image-17507581944276919634_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki