image-n1karobka_ads
image-123
image-17637460681519453953_1200x630backend

Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər – FOTO

image-ad_qayo_720x110px

Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə – şəhidlik məqamına ucalıb.

Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

DOĞRU.AZ

image-17637460683826315487_1200x630 image-17637460684538432120_1200x630 image-17637460684230958701_1200x630 image-17637460683742713233_1200x630 image-17637460683190259572_1200x630 image-17637460683303054621_1200x630 image-17637460686073515824_1200x630 image-1763746068238921121_1200x630 image-1763746068516904994_1200x630 image-17637460684960629696_1200x630 image-17637460683062638115_1200x630 image-17637460685737324199_1200x630 image-17637460683606210857_1200x630 image-17637460681571737226_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki