image-n1karobka_ads
image-123
image-wdjg09gbgnkvnwkaschfgwrzprrcbt4xcxns54qp_1200backend

Leyla Əliyevanın dəstəyi ilə ‘Gənc arıçı’ layihəsinin təlimləri başa atdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir.

Doğru.az xəbər verir ki, bu il layihənin ilkin mərhələsində Xızı rayonundan 100-dən çox gənc ailə müraciət edib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsindəki bilik və təcrübəsi, sosial vəziyyəti, eləcə də arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün həyətyanı torpaq sahəsinin mövcudluğu əsas seçim meyarları kimi nəzərə alınıb. Bu meyarlara əsasən seçilmiş 20 iştirakçı xüsusi təlim proqramına cəlb olunub. Təlim mərhələsində iştirakçılara arıçılıqla bağlı həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb.

Layihənin növbəti mərhələsində iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunacaq. Bu mərhələdə onların effektiv istehsal fəaliyyəti üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

Qeyd edək ki, “Gənc arıçı” layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

DOĞRU.AZ

image-svfzp5gqbkzmtfu0fhkre7vdwfr1abjmfwq00w4r_640 image-d3a3d69bkf16imsyzbgag6amfkccv7mal97zazjr_640 image-yzngb4gktctpuzy5mytw5bzuhdnwsad5vebrjn3c_640 image-w3yxgjjm5pi0uarkvhqdtlsfcruluwa8yxofnxth_640 image-dcdhaqh78tlncl90xbh0nak6lxnrtmuvejgxbpef_640 image-vzloahwtceojjfirrbpgxlhuqqlcvxt2wtz5bmed_640 image-hlgkasaq80nkp2hwhxr4ze5d5wgghsdpondcgwco_640 image-4sb9rmrvj2xlwpwnxfh4nu9ydfvwjrgazisw4jws_640 image-webmwass85btggot34uuuvxxwgw6fe9elxfgmnbr_640 image-7pshwbstz53cstszzyicncajlgrovhq3lja7wx5g_640 image-a3zu6pswknioasuxsfaavyafczstuqrfepzmook1_640 image-s8r7n9ojyfv4xszivznar4ry0bjkhkwcn3gl84yq_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki