image-n1karobka_ads
image-123
image-micrplpmmfelcnpdm3b9dpznvuxtq89t3cxdr1m6_1200backend

Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları verildi – FOTO  

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə dəstək məqsədilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində xeyriyyə aksiyası davam edir.

Doğru.az xəbər verir ki, xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Nərimanov rayonu olub. Burada yaşayan 100 aztəminatlı ailəyə bayram münasibətilə qurban paylarından ibarət qida qutuları təqdim edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim Mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüzminlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

DOĞRU.AZ

image-tmsdzz2p8nqhbgjypptlmyz0si0eoso6etttfzdz_640 image-ztoo8sgqsccumsxvdnafwy2xupxlchz8kzf8lbpj_640 image-fuxajyeq4zixu5y1qyhew89owqtxyuphlz9z9vlc_640 image-tcmchjrgjapmy5mwlomqia3fqtdwg9h93o0nilq0_640 image-6iu486n7xnqijrrofxs5l2ssh2ymisbcvlft3669_640 image-wpiojrqiwua8adelk0vdfd5tjque0ssfauigz9cz_640 image-dy4srninkiwzutqtzjomrskuxs5h4qfbkvrqizrn_640 image-dy4srninkiwzutqtzjomrskuxs5h4qfbkvrqizrn_640-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki