image-n1karobka_ads
image-123
image-17492825831734135026_1200x630backend

Leyla Əliyevanın təşəbbüsü ilə ehtiyaclı ailələrə qurban payları paylanır – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması davam edir.

IDEA-dan AZƏRTAC-a bildiriblər ki, “Bizim mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Qaradağ rayonu olub. Burada yaşayan 200 aztəminatlı ailəyə bayram münasibətilə qurban payları təqdim edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

DOĞRU.AZ

image-17492825831632124563_1200x630 image-1749282583519382740_1200x630 image-1749282583464448455_1200x630 image-17492825835431728430_1200x630 image-17492825834723512704_1200x630 image-174928258326752950_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki