23 yaşlı yarımmüdafiəçi Timoti Vea “Lill”dən “Yuventus”a keçib.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Fransa klubu hücumçuya görə 10,3 milyon avro təzminat alıb.”Lill” də 2,1 milyon avro mükafat ala bilər. Veanın “Yuventus”la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Fransa çempionatının son mövsümündə Vea 29 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunu 14 milyon avro qiymətləndirir.
Timoti Vea əvvəllər “Milan”da oynamış Liberiya prezidenti Corc Veanın oğludur. Timoti Vea əvvəllər “Seltik” və “Paris Sen-Jermen”də çıxış edib. Qətərdə keçirilən dünya çempionatında Weah ABŞ milli komandasının heyətində oynadığı dörd oyunda bir qol vurub.
Mənbə: TRT Spor