image-n1karobka_ads
image-123
image-693dbb3f02e8bd6e610a02b9backend

Lukaşenko: ABŞ geri çəkilsə, Ukraynada eskalasiya qaçılmaz olacaq

image-ad_qayo_720x110px

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Ukrayna münaqişəsinin həlli istiqamətində səylərdən imtina edəcəyi təqdirdə eskalasiyanın qaçılmaz olacağını bildirib. O, bu barədə Newsmax TV-yə verdiyi müsahibədə danışıb.

Doğru.az xəbər verir ki, Lukaşenko “Birinci Pool” Telegram kanalında yayımlanan videoda qeyd edib:
“Əgər amerikalılar bu prosesdən geri çəkilsələr, eskalasiya qaçılmazdır”.

Xatırladaq ki, bir gün əvvəl Belarus lideri Minskdə ABŞ-ın xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti ilə görüşüb. Bildirilib ki, dekabrın 13-də, şənbə günü Lukaşenko ilə Kol arasında daha bir görüşün keçirilməsi planlaşdırılır.

“The New York Times” nəşrinin yazdığına görə, Minskdə baş tutan bu görüşlər Belarus və ABŞ arasında münasibətlərin müəyyən qədər istiləşdiyini göstərir.

Eyni zamanda, Aleksandr Lukaşenkonun Amerika nümayəndə heyətini Venesuelanın ABŞ üçün yeni Vyetnama çevrilə biləcəyi barədə xəbərdar etdiyi də qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki