image-2000x150px
image-123
image-ads_atlas
image-424645608backend

Lukaşenko Qarabağ barədə: “Vəziyyət İlham Əliyev sayəsində sabitləşdi”

image-728x90px

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsi və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını qeyd edib və bu münasibətləri keçmiş SSRİ-nin digər ölkələrinə nümunə kimi göstərib.

Belarus mətbuatının məlumatına görə, dövlət başçısı bu sözləri ölkədə diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı deyib.

“Bizim tez-tez dediyimiz kimi münasibətlərimiz qardaşlıq münasibətləridir. Bu Sovet İttifaqı dövründən bu yana yaxşı münasibətlərə nümunədir: bir vaxtlar eyni dövlətin tərkibində yaxşı, parlaq münasibətlərimiz var idi, biz bu münasibətləri nəinki qoruduq, hətta artırdıq”, – deyə Belarus lideri qeyd edib.

A.Lukaşenko Azərbaycan səfirinin ölkələr arasındakı münasibətlərin inkişafında rolunu qeyd edib. O, həmçinin görüş zamanı Qarabağ məsələsinə də toxunub.

“Əsasən Azərbaycanın və Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə, sülhə gedən yol hələ indi başlayıb”, – deyə A.Lukaşenko qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki