image-n1karobka_ads
image-123
image-elektrik-enerjisi-haqqinda-melumatbackend

Mahaçqalada yeraltı mədən ferması 180 milyon rubl dəyərində elektrik enerjisi oğurlayıb

Mahaçqalada şəbəkəyə qanunsuz qoşulmuş iri mədən təsərrüfatı müəyyən edilib.

“Dagenergo”nun (Rosseti Şimali Qafqaz filialı) direktoru vəzifəsini icra edən Arsen Hacıyevin Telegram kanalında verdiyi məlumata görə , dəymiş ziyan 180 milyon rublu ötüb.

“Oğurlanmış enerji resurslarının həcmi 27 milyon kilovat-saatdan çox olub”, – Hacıyev yazıb.

Onun sözlərinə görə, ferma kriptovalyutaların çıxarılması üçün 408 cihazdan ibarət olub.

Yanvarın 1-dən Rusiyanın on regionunda kriptovalyuta mədənçiliyinə tam qadağa qüvvəyə minib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki