Fransa prezidenti Emmanuel Makron Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Avropa Komissiyasının sədri Ursula fon der Leyenin “dron divarı” qurmaq təşəbbüsünü kəskin şəkildə tənqid edib.
Doğru.az xəbər verir ki, Britaniyanın Financial Times nəşri Makronun sözlərindən sitat gətirərək onun bu ideyanı istehza ilə qarşıladığını yazıb:
“Bəzən mən həddən artıq ümumi terminlərdən çəkinirəm. Avropalılar üçün dəmir günbəzlər və ya dronların divarları varmı? Hər şey daha mürəkkəbdir”.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz də “dron divarı”nın Avropa İttifaqı fondlarından maliyyələşdirilməsi təşəbbüsünü tənqid etmişdi.
Eyni zamanda, Ukrayna.ru-nun politoloqu və köşə yazarı Vladimir Skaçko hesab edir ki, bu müzakirə guya vahid Avropa məkanında parçalanmanı üzə çıxarıb.
DOĞRU.AZ