Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə keçirilən videokonfransdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca telefon danışığı aparıb.
Doğru.az xəbər verir ki, Makron bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, “Sonra mən Zelenski ilə danışdım”, – deyə qeyd edib. O, həmçinin “könüllülər koalisiyası”nın yanvarın əvvəlində Parisdə görüşəcəyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəl “Corriere della Sera” qəzeti Tramp və Zelenskinin danışıqlardan sonra Avropa liderləri ilə videokonfrans keçirdiklərini yazmışdı.
Finlandiya Prezidenti Aleksandr Stubbın sözlərinə görə, sözügedən müzakirələr zamanı Ukraynadakı münaqişəyə son qoymaq üçün konkret addımlar ətrafında fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ




























