image-n1karobka_ads
image-123
image-14-pic_32ratio_1200x800-1200x800-66129backend

“Mançester Siti” Xorvatiya millisinin futbolçusu ilə müqavilənin şərtlərini razılaşdırıb

image-ad_qayo_720x110px

İngiltərə Premyer Liqasının (APL) klubu “Mançester Siti” futbol üzrə Xorvatiya milli komandasının və alman “Leypsiq”inin müdafiəçisi Yosko Qvardiolla müqavilənin şərtlərini razılaşdırıb.

Bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, indi “vətəndaşlar” oyunçunu heç buraxmaq istəməyən və 21 yaşlı futbolçunu ən azı 100 milyon avroya satmağa hazır olan Leizpiqlə güzəştə getməli olacaqlar. Eyni zamanda, Transfermarkt Qvardiolanı 75 milyon avro qiymətləndirir.

Qvardiol 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yekunlarına görə, nüfuzlu futbol və idman nəşrləri tərəfindən tərtib edilmiş turnirin simvolik komandalarının heyətlərinə daxil olub.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki