image-2000x150px
image-123
image-ads_atlas
image-manchester-united-v-sevilla-fc-quarterfinal-first-leg-uefa-europa-leaguebackend

“Mançester Yunayted”in 114 il sonrakı “özünəqəsd”i

image-728x90px

“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Sevilya” ilə 2:2 hesablı heç-heçə edib.

İngilislər oyunun gedişatında iki top fərqi ilə üstünlük qazansalar da, son dəqiqələrdə Trayrel Malasiya və Hari Maquayrın avtoqolları ilə qələbəni əldən veriblər.

“Qırmızı şeytanlar” avrokuboklarda iki dəfə öz qapısına qol vuran ikinci İngiltərə komandası olub. Daha əvvəl “Çelsi” 2009-cu ildə “Ayaks”la qarşılaşmada bu aqibətlə üzləşib.

Bundan başqa, “Mançester Yunayted”in oyunçuları rəsmi oyunlarda sonuncu dəfə 1979-cu ildə “Norviç”lə qarşılaşmada iki avtoqola imza atıblar.

Doğma meydandakı matçlarda isə sonuncu “özünəqəsd” 114 il əvvəl – 1909-cu ildə “Blekbern”lə qarşılaşmada qeydə alınıb. Həmin zaman Riçard Holden və Oskar Linkson qapıların yerini səhv salıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki