image-2000x150px
image-123
image-ads_atlas
image-mariya-stadnikbackend

Mariya Stadnik: “Avropa çempionatında Azərbaycanın Himnini 10-cu dəfə səsləndirmək istəyirəm”

image-728x90px

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi Mariya Stadnik qələbəsi barədə danışıb.

Dünya Güləş Brliyinin rəsmi saytına açıqlama verən doqquzqat Avropa çempionu 10-cu dəfə bu uğuru qazanmaq istədiyini deyib:

“Mənim hər zaman motivasiyam, qalib gəlmək üçün iradəm var və bu, uşaqlıqdan bəri sonsuzdur. Avropa çempionatında Azərbaycanın Himnini 10-cu dəfə səsləndirmək istəyirəm. On yaxşı rəqəmdir”.

35 yaşlı idmançı hələ ən yaxşı formasında olmadığını vurğulayıb:

“Bu turnir mənə elə də zövq vermədi. 18 yaşım olanda daha çox həyəcan və motivasiya var idi. İndi isə hər şey mənə tanışdır. Amma yenə də uduzmaq istəmirəm. Ən əsası nəticədir. Tokio Olimpiadasından sonra fasilə vermişdim. Yaşla əlaqədar güləşi davam etdirib-etdirməmək arasında qalmışdım. Fiziki formamın yaxşı olub-olmayacağını bilmirdim. Amma gördüyünüz kimi, mən hələ də mübarizə aparıram. Yanvarda məşqlərə başlamışam, ona görə də ən yaxşı formada deyiləm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki