Jurnalist Fransua Qalardo öz Twitter hesabında yazıb ki, “Real Madrid” Paris Saint-Germain-dən hücumçu Kilian Mbappenin hüquqlarını alıb.
Madrid klubu hücumçu üçün 224 milyon avro ödəyib. Həmçinin parislilər bonus olaraq daha 56 milyon avro ala biləcəklər.
Marcanın daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.
Mənbə: Sport.ru