image-n1karobka_ads
image-123
image-mbappe-pic_32ratio_900x600-900x600-33033-1backend

Mbappe transferdə Real Madrid ilə razılığa gəlib

image-ad_qayo_720x110px

Fransa millisinin və Paris Saint-Germain-in hücumçusu Kilian Mbappe 2024-cü ilin yayında Real Madridə keçəcək.

Bu barədə “Foot Mercato” məlumat yayıb.

Nəşrin məlumatına görə, fransız yanvarın əvvəlində “Real Madrid”lə transfer barədə razılığa gəlib və növbəti mövsümdən Madrid klubunun futbolçusu olacaq. Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Mbappe “Monako”dan keçdikdən sonra 2018-ci ildən PSJ-də çıxış edir.

2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirib.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki