10 may 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabanda dahi şəxsiyyətin xatirəsini böyük ehtiramla yad edib.
Agentlik əməkdaşları Ulu Öndərin məzarı önünə gül dəstələri düzərək onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini dərin hörmətlə xatırlayıblar. Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər qoyulub.
DOĞRU.AZ