Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkədə paylaşım edərək Vaşinqton Sülh Platformasında Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın görüşünü yüksək qiymətləndirib.
Doğru.az xəbər verir ki, Bahar Muradova bildirib – İlham Əliyevin liderliyi ilə əldə edilən Böyük Zəfər, dayanıqlı sülhün təmin olunması üçün əsas zəmin olub:
“Dayanıqlı sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanətidir. Vaşinqton görüşündə ortaya qoyulan siyasi iradə, təkcə regionumuz üçün deyil, həm də qlobal miqyasda sülhün möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyır.”
O, həmçinin hər iki liderin ailə institutuna verdiyi önəmi, gənclərin sağlam mühitdə yetişdirilməsi və uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin ayrılmaz hissəsi kimi qiymətləndirib. Muradova qeyd edib ki, Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inteqrasiyası və sabitliyi üçün mühüm addım olacaq.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosial rifahın artırılmasına verdiyi önəm, ABŞ-ın dəstəklədiyi universal humanitar prinsiplərlə uzlaşır. Bu isə sülh prosesinin beynəlxalq zəmanətlə möhkəmlənməsinə xidmət edir.
DOĞRU.AZ