image-n1karobka_ads
image-123
image-lapobackend

Messi “Barselona”ya qayıdacaq – VİDEO

image-ad_qayo_720x110px

“Barselona”nın prezidenti Xuan Laporta PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna qayıdacağını açıqlayıb.

Klub rəhbəri bu barədə İspaniya La Liqasının XXIX turunda “Xetafe” ilə matçdan öncə azarkeşlərlə görüşərkən bildirib. Fanatlardan biri ondan Messinin qayıdıb-qayıtmayacağını soruşub. Funksioner qısa cavab verib: “Bəli”.

Sözügedən hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Messi 2004-2021-ci illərdə “Barselona”da oynadıqdan sonra azad agent kimi PSJ-yə keçib. Argentinalı forvardın Paris klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.

“Xetafe” – “Barselona” oyunu qolsuz bərabərliklə başa çatıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki