“The New York Times” xəbər verir ki, Səudiyyə Ərəbistanının Turizm Nazirliyi ilə argentinalı hücumçu Lionel Messi arasında futbolçunun 25 milyon dollar alacağı müqaviləsi bağlanıb.
Mayın sonunda Messi ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında istirahət edib. Nəşrin məlumatına görə, məhz həmin andan tərəflər arasında ölkənin imicinin yaxşılaşdırılmasına yönəlmiş əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin səfər üçün argentinalı 2 milyon dollar alıb.
İndi Messi kommersiya fəaliyyətlərində iştirak edəcək, sosial şəbəkələrdə yazılar yazacaq və ailəsi ilə Səudiyyə Ərəbistanında tətil üçün pul alacaq. O, səfərlərindən fotoları yerləşdirməli və onları nazirlik tərəfindən təsdiqlənmiş heşteqlə etiketləməlidir. Tərəflər arasında üç illik müqavilə imzalanıb.
Mənbə: NTV Spor