image-ads_n1karobka_mobile
image-messibackend

Messi karyerasını davam etdirəcəyi klubun adını çəkib

Argentinalı hücumçu Lionel Messi Amerikanın “İnter Mayami” futbol klubu ilə müqavilə imzaladığını açıqlayıb.

Messi İspaniyanın “Mundo Deportivo” qəzetinə açıqlamasında “Barsaya qayıtmıram, İnter Mayamiyə keçirəm” deyib.

Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda “Klermon”a qarşı meydana daxil olaraq Fransanın Paris Saint-Germain komandasının tərkibində son oyununu keçirib.

Mənbə: NTV Spor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki