Euro-Futbol.Ru xəbər verir ki, futbol funksioneri və seleksiyaçısı Pavel Stipidi Argentinalı futbolçu Lionel Messinin “İnter Mayami”yə keçidini şərh edib.
“Messi, ümumiyyətlə, artıq futbolçu karyerasını başa vurub. O, təqaüdçü çarpayısını iki il əvvəl hazırlamağa başlayıb. O, sevdiyi və evi olan Mayamiyə uçdu”, – Stipidi bildirib.
İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda “Klermon”a qarşı meydana daxil olaraq Paris Saint-Germain üçün son matçına çıxıb. Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatdı, o, azad agent kimi İnter Mayamiyə keçib.
Mənbə: NTV Spor