image-2000x150px
image-123
image-ads_atlas
image-messi-psgbackend

Messinin “Barselona”ya qayıtması üçün Çempionlar Liqası ilə bağlı şərt

image-728x90px

Lionel Messinin “Barselona”ya qayıdıb-qayıtmamaq qərarında “Neqreyra işi”nin necə yekunlaşacağı böyük rol oynayacaq.

Argentinalı hücumçu Çempionlar Liqasında oynamaq istəyir. Bu səbəbdən “Barselona”nın turnirdə iştirakı onun üçün önəmlidir. Əgər klub cəzalandırılsa, Messi geri qayıtmayacaq.

Son zamanlar Kataloniya təmsilçisinin UEFA tərəfindən cəzalandırılmayacağı ilə bağlı xəbərlər var. Ancaq bunlar rəsmi deyil. Qitə futbol qurumu qərar vermək üçün araşdırmaların yekunlaşmasını gözləyir.

Xatırladaq ki, Barselona Prokurorluğu martın 10-da klubun eks-prezidenti Xosep Mariya Bartomeu və Kataloniya komandasına qarşı rəsmən ittiham irəli sürüb. Bartomeu İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya pul ödəməkdə ittiham olunur. İddialara görə, 2016-2018-ci illərdə Kataloniya klubu Neqreyranın DASNIL 95 şirkətinə 1,4 milyon avro ödəyib.

İspaniyanın vergi orqanları “Barselona”nın Neqreyra ilə əlaqələrində korrupsiya faktı aşkar etməyiblər.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. 35 yaşlı futbolçunu Səudiyyə Ərəbistanı və ABŞ-dən sərfəli təklifləri olsa da, o, Avropada qalmaq və sabiq klubu “Barselona”ya qayıtmağı üstün tutur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki