Argentinalı hücumçu PSJ-nin hücumçusu Lionel Messinin “Əl-Hilal”a mümkün transferində Səudiyyə Ərəbistanı hakimiyyəti əli var.
Bu barədə Mundo Deportivo məlumat yayıb.
Klub argentinalı ilə heç bir razılaşmanın, o cümlədən şifahi razılaşmanın olmadığını üstüörtülü şəkildə təsdiqləyir. Lakin komandanın prioritet transfer hədəfi ulduz hücumçu olduğu üçün klub onun ətrafı ilə əlaqə saxlayır. Klub gizlətmir ki, bu transferi həyata keçirmək üçün əllərindən gələni edəcəklər.
Mənbənin sözlərinə görə, 35 yaşlı futbolçunun mümkün transferi digər məsələlərlə yanaşı, 2030-cu ildə keçiriləcək dünya çempionatı ilə əlaqədar Səudiyyə Ərəbistanının dövlət səviyyəsində nəzarətindədir.
Mənbə: NTV Spor
Doğru.az