İsveçdə yeniyetmələr arasında xokkey üzrə 2024-cü il dünya çempionatının qrup mərhələsi başa çatıb.
Qrup mərhələsinin final oyununda Kanada yığması Almaniya millisinə 6:3 hesabı ilə qalib gəlib.
Qrup turnirinin nəticələrinə əsasən 1/4 final cütləri formalaşdırılıb. Yarımfinalda oynamaq hüququ uğrunda İsveç və İsveçrə, ABŞ və Latviya, Kanada və Çexiya, həmçinin Slovakiya və Finlandiya mübarizə aparacaq.
Öz yarımqruplarında sonuncu yeri tutan Norveç və Almaniya milliləri gələn il birləşmiş divizionda yerlərini qorumaq hüququ uğrunda mübarizə aparacaqlar.
Mənbə: Sports.ru