image-2000x150px
image-123
image-ads_atlas
image-8c686415-752b-4bc0-8bab-5f78926f6774backend

MGİMO tələbələrinin Bakıda səyyar modulu davam edir – FOTO

image-728x90px

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində mayın 27-dən 31-dək Rusiya nümayəndə heyətinin Bakıya səfəri başlayıb.

Proqram çərçivəsində Avropa İdman Menecmenti Assosiasiyasının prezidenti, Böyük Britaniyanın Brunel Universitetinin professoru Vassil Qirqinov, Koventri Universitetinin professoru Amanda Pinkney, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru Nikolay Peşin kimi beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə MGİMO-nun tələbələri üçün səyyar modul təşkil olunub.

Mayın 29-da modul proqramının açılış mərasimi keçirilib. Rusiya Olimpiyaçılarına Dəstək Fondunun və MGİMO-nun İdman Diplomatiyası Mərkəzinin təhsil proqramının rəhbərləri E.Q.Belyakova və Y.B.Ostaşova iştirakçıları Bakı modulunun strukturu və məzmunu ilə tanış ediblər. Daha sonra modul iştirakçıları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını və Su İdmanı Sarayını ziyarət edərək idmançıların məşq prosesi ilə, eləcə də bu qurumların idarəetmə sistemi ilə tanış olublar. Bundan başqa, onlar Bakıda keçirilən və dünya taekvondosunun 50 illiyinə həsr edilən dünya çempionatının açılış mərasimini də canlı izləyiblər.

Xatırladaq ki, Bakıda təşkil olunan səyyar modulu mayın 31-dək davam edəcək.

DOĞRU.AZ

image-2d8d2a89-1948-4966-b798-7af66b2597a3 image-3af4bfc9-4b4a-4feb-be5a-1732e425b7e3 image-6d56b803-4735-41ac-8251-71b31e756d39 image-7d180551-2fcb-450b-a4e8-76ce86e12fd8 image-008a30e9-5545-41f6-b1db-b554eb05a20e image-8c686415-752b-4bc0-8bab-5f78926f6774 image-60bcf802-ec37-4037-8ac3-8728028d3321 image-70c4688b-3df8-417e-b37a-0a260f095b58 image-bd856c3f-d8fc-40b8-9d9c-1acd61145c7c image-e2509da1-7491-4045-9748-7d5385b0d2e5 image-efc37d1b-7e1d-499b-a318-f7a82af4b940 image-f8f85778-982d-4ca8-972d-f9f6e8690698 image-fc085608-6cf9-4ad9-8212-8631e322f40e

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki