image-2000x150px
image-123
image-ads_atlas
image-olimbackend

Miçel Qonsales: “Biz də “Olimpiakos”uq”

image-728x90px

“Məğlubiyyəti unutmalı, qısa zamanda bərpa olunmalıyıq”.

Bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales evdə Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis bildirib ki, futbolda belə hallar olur:

“Qarşıda OFİ-yə qarşı çempionat oyunumuz var. Keyfiyyətlərini və üstünlüklərini yaxşı bildiyimiz bir rəqibdir. Amma biz də “Olimpiakos”uq. Həmişə bütün oyunlarda qalib gəlməyə çalışmalıyıq”.

Qeyd edək ki, “Olimpiakos” oktyabrın 9-da Yunanıstan Super Liqasının VII turunda OFİ-nin qonağı olacaq.

Pirey təmsilçisi bundan dörd gün sonra isə Bakıda “Qarabağ”la Avropa Liqasının qrup mərhələsinin IV tur oyununa çıxacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki