image-2000x150px
image-123
image-ads_atlas
image-mikkkkkkksssssbackend

Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətini 15 illiyi münasibətilə təbrik edib – FOTO

image-728x90px

İqtisadiyyat naziri Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi münasibətilə təbrik edib.

Doğru.az xəbər edir ki, bununla bağlı nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyidir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış qurum maliyyə hüquqpozmaları ilə effektiv mübarizənin təşkilinə, şəffaf və etibarlı maliyyə sisteminin formalaşmasına, dövlətimizin iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr verir”, – deyə M.Cabbarov bildirib.

Nazir bu əlamətdar tarix münasibətilə həmkarlarına təbrikləri çatdırıb, Xidmətin fəaliyyətinə uğurlar arzulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki