image-n1karobka_ads
image-123
image-1729923956293532625_1200x630backend

Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. “Liv Bona Dea Arena”da reallaşacaq görüş saat 16:00-da başlayacaq.Naxçıvan klubu 20 xalla 3-cü, “Zirə” isə 16 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci matçında “Səbail” “ASCO Arena”da “Sumqayıt”ı sınağa çəkəcək. Qarşılaşma 18:30-da start götürəcək.

Qeyd edək ki, turun açılış oyununda ötən gün “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabı ilə üstələyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki