image-n1karobka_ads
image-123
image-17304428332045265522_1200x630backend

Misli Premyer Liqası: XII tura iki oyunla start veriləcək

Bu gün Misli Premyer Liqasında XII tura start veriləcək.

Doğru.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. İlk olaraq meydana “Turan Tovuz” və “Qarabağ” komandaları çıxacaq. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 18:30-da başlayacaq.

Hazırda Ağdam təmsilçisi 27 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz klubu isə 24 xalla 2-ci sıradadır.

Günün ikinci matçında “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Neftçi Arena”da təşkil olunacaq matç saat 20:30-da start götürəcək.

Rəqiblərindən bir oyun az keçirən Naxçıvan təmsilçisi 21 xalla 3-cü, Bakı klubu isə 9 xalla 8-ci yerdədir.

Qeyd edək ki, turun digər görüşləri noyabrın 2-3-də keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki