image-n1karobka_ads
image-123
image-66b38d0902e8bd17b427c156backend

Moldovada elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilib

image-ad_qayo_720x110px

Moldovada müxalif “Qələbə” blokunun nümayəndələri və tərəfdarları elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirib.

Bu barədə blokun mətbuat xidməti məlumat yayıb.

 

“Qələbə bloku Kişinyovda ANRE binası qarşısında prezident Maia Sandu və hakim PDS partiyasının yaratdığı enerji böhranına qarşı fləşmob keçirdi. Aksiya iştirakçıları elektrik enerjisi tariflərinin yüksək olmasından narazılıqlarını bildiriblər”, – deyə sosial şəbəkələrdə yayılan mesajda bildirilir.

Respublikanın digər 13 şəhərində də mitinqlər keçirilib.

Bundan əvvəl Moldova müxalifətinin “Qələbə” blokunun lideri İlan Şor bildirmişdi ki, ölkə prezidenti Maya Sandu Moldovanı Rumıniyanın enerji əsarətinə verməyi planlaşdırır.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki