Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti “Flynas” Moskva və Ciddə arasında müntəzəm birbaşa uçuşlara start verib.
Doğru.az xəbər verir ki, açılış mərasimi Vnukovo hava limanında keçirilib. İlk reys Moskvadan Ciddəyə 23 dekabr, Moskva vaxtı ilə 11:30-da yola düşəcək.
Aviaşirkətin məlumatına görə, uçuşlar hər bazar ertəsi, çərşənbə və cümə günləri, Moskva vaxtı ilə saat 15:00-da həyata keçiriləcək.
Baş nazirin müavini Aleksandr Novak daha əvvəl bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanı tezliklə iki-üç Rusiya aviaşirkəti tərəfindən uçuşların başlanmasını müzakirə edəcək.
Qeyd edək ki, avqust ayında Moskva ilə Ər-Riyad arasında müntəzəm hava əlaqəsi rəsmi olaraq açılıb, dekabrın 1-də isə Rusiya və Səudiyyə Ərəbistanı viza tələblərinin ləğvi ilə bağlı hökumətlərarası saziş imzalayıb.
DOĞRU.AZ




























