image-2000x150px
image-123
image-ads_atlas
image-jose-pic_32ratio_900x600-900x600-36235backend

Mourinyo PSJ-ni idarə etməyə hazırdır

image-728x90px

“Roma”nın baş məşqçisi Joze Mourinyo Paris Saint-Germain klubunu çalışdırmağa hazırdır.

Bu barədə L’Equipe məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mourinyo rəsmi təklif alacağı təqdirdə növbəti mövsümdə Fransa yığmasının baş məşqçisi olmağa hazırdır.

Mourinyonun PSJ-yə mümkün transferi mayın əvvəlində bildirilmişdi. Portuqaliyalının özü də mətbuatla söhbətində gələcəyini müzakirə etmək fikrində olmadığını vurğulayıb. O, “Roma” ilə müqaviləsinin daha bir illik olmasına diqqət çəkib. Bundan əlavə, Mourinyo klubun keçmiş baş direktoru Pietro Berardinin məşqçinin vəzifəsində qalacağına əminliyini ifadə edib. Qeyd edək ki, Berardi aprel ayında klubun ofisində aparılan axtarışlarla bağlı qalmaqal fonunda qovulub.

Mənbə: Sport.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki