Müğənni Günel Zeynalova Türkiyədə alış-veriş mərkəzlərindən birində görüntülənib.
O, pandemiya dövründə evdə qaş və kirpik üçün qulluq vasitələri hazırladığını deyib.
“Öz kosmetik vasitəmi düzəltdim və yaxşı nəticə aldım. Get-gedə kimyaçı oldum”, – deyə məşhur müğənni qeyd edib.
Günel hazırda bununla bağlı daha peşəkar addımlar atdığını deyib və bunun yeni biznesi olduğunu açıqlayıb.
Sabah.com