NATO-nun neft boru kəmərində baş verən qəzadan sonra Türkiyədəki Sapanca gölünü qalın mazut filmi örtüb.
“Mazut sızması NATO-nun neft kəmərinin bir qolunun yol işləri zamanı deşilməsindən sonra baş verib və yanacağın Sapanca gölünə axmasına səbəb olub ki, bu da 4-5 milyon insanı şirin su ilə təmin edib”.
Səlahiyyətlilər qəzanın nəticələrini aradan qaldırmağa başladılar və bumlar quraşdırıldı. Yerli su-kanal idarəsi qeyd edir ki, gölün çirklənmiş hissəsi suqəbuledici məntəqələrdən uzaqda yerləşdiyindən vətəndaşlar öz sağlamlıqları üçün narahat olmasınlar.
Türkiyə ərazisindən çəkilən 3 min kilometrdən çox uzunluğunda Şimali Atlantika Alyansı neft kəməri Türkiyə Silahlı Qüvvələrinin və NATO qüvvələrinin ehtiyaclarını ödəyir.
Mənbə: Habertürk