NATO-nun Skandinaviyada Nordic Response hərbi təlimləri başlayıb.
Bu barədə The Hill yazır.
Nəşrin məlumatına görə, təlimlərdə Norveç, İsveç və Finlandiya hərbçiləri iştirak edəcək. Ümumilikdə 20 minə yaxın hərbi qulluqçu, 50-dən çox gəmi və 100 təyyarənin iştirakı planlaşdırılır.
Norveç Kral Hərbi Hava Qüvvələrinin briqada generalı, Norveç Hava Əməliyyatları Mərkəzinin komandanı Tron Strand Avropadakı təhlükəsizlik vəziyyətini nəzərə alaraq bu cür təlimlərin keçirilməsinin vacibliyinə diqqət çəkib.
“Bu məşqlər son dərəcə aktualdır və əvvəlkindən daha vacibdir” dedi Strand.
Mənbə: A Haber