10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi və baş mühasibi vəzifədən azad ediliblər.
İqtisadiyyat.az-ın məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən,10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliqismət Firudin oğlu Kərimov, həmin müəssisənin Maliyyə-təssərrüfat bölməsinin baş mühasibi -bölmə rəisi ədliyyə mayoru Mahir Maqsud oğlu Abdullayev tutduqları vəzifədən azad ediliblər.
Onların yerinə hələlik təyinat yoxdur.
DOĞRU.AZ

























