image-n1karobka_ads
image-123
image-mirabdulla-abbasov3backend

“Neftçi”də problem: Klub həm təzminat ödədi, həm də cərimələndi

image-ad_qayo_720x110px

“Neftçi” keçmiş futbolçusu Mirabdulla Abbasova təzminat ödəyib.

Paytaxt təmsilçisinin sabiq hücumçusu ilə müqaviləni pozması klubu 80 min manat ziyana salıb. “Ağ-qaralar” AFFA Apellyasiya Arbitraj Tribunalının qərarı əsasında təzminat vermək məcburiyyətində qalıblar.

Bundan əlavə, ödəmədə gecikmə olduğu üçün Apellyasiya Arbitraj Tribunalı “Neftçi”ni əvvəlcə 44, daha sonra 20 manat cərimələyib.

Mirabdulla Abbasov 2016-2022-ci illərdə “Neftçi”nin futbolçusu olub. “Ağ-qaralar” müxtəlif illərdə onu “”Dauqavplis” (Latviya), “Sumqayıt” və “Səbail”ə icarəyə veriblər. Mirabdulla keçən ilin sentyabrından “Səbail”də çıxış edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki